Satılır 3 otaqlı yeni tikili 95 m², Azadlıq Prospekti m.
KUPÇALI, İPOTEKAYA YARARLI MƏNZİL – 7-ci MİKRORAYON, AZADLIQ PROSPEKTİ METROSUNUN YANI
7-ci mikrorayonda, Bolluq bazarının yanında, Azadlıq Prospekti metrosuna piyada cəmi 3 dəqiqəlik məsafədə yerləşən yüksək keyfiyyətli, tam təmirli 3 otaqlı mənzil satışdadır. Mənzil 17 mərtəbəli yeni tikili binanın 15-ci mərtəbəsində yerləşir və şəhərə açılan çox gözəl panoramaya malikdir. Mənzil skvaznoy layihəlidir, iki böyük balkonu var və görüntünü bağlaya biləcək heç bir maneə yoxdur, gələcəkdə də olmayacaq.
Mənzildə yaşayış olmayıb. Mənzilin açarları alqı-satqı günü təhvil veriləcək. Mənzil tam əşyalı satılır.
Mənzilin təmiri yüksək səviyyədə aparılıb. Döşəməsi keyfiyyətli parketdir. Hamam və sanitar qovşaq bahalı kafel-metlax və aksesuarlarla təchiz olunub. İstilik sistemi kombidir, isti döşəmə mövcuddur.
Mənzildə:
2 yataq dəsti
Qonaq otağı mebeli
Tam təchiz olunmuş mətbəx mebeli
2 kondisioner
Binanın üstünlükləri:
Qaz, su və işıq daimidir
Sürətli Mitsubishi liftləri
Yeraltı avtopark
Qapalı və mühafizə olunan həyət
Uşaqlar üçün oyun meydançası və besedka
24/7 mühafizə xidməti
Sənəd: Kupça (çıxarış var)
Status: İpotekaya tam yararlıdır.
Bu mənzil həm rahat yaşayış, həm də gəlirli investisiya üçün ideal seçimdir. Şəhərin ən əlverişli və rahat yaşayış məntəqələrindən birində yerləşir.
Qiymət: 245.000 AZN (əşyalarla birlikdə)
Ofis haqqı: 1% (alıcı tərəfindən)
Qeyd: Zəngə cavab verilmədikdə WhatsApp vasitəsilə əlaqə saxlayın.
Real alıcılar əlaqə saxlasın.















































































































