Satılır 2 otaqlı yeni tikili 75 m², İnşaatçılar m.
YASAMALDA PRESTİJLİ YAŞAYIŞ KOMPLEKSİNDƏ 2 OTAQLI MƏNZİL SATILIR
Mənzil İçtimai Televiziyanın yaxınlığında yerləşir. Yasamal metrosuna təxminən 7 dəqiqə, 20 Yanvar metrosuna isə 3 dəqiqəlik məsafədədir.
Müasir standartlara uyğun inşa edilmiş prestijli yaşayış kompleksində yerləşən qanuni 2 otaqlı mənzil satışa çıxarılmışdır. Mənzil şəxsi istifadə üçün yüksək keyfiyyətli materiallarla təmir olunmuşdur.
Mənzil bahalı mebel və məişət avadanlıqları ilə təmin olunub və yaşayış üçün tam hazır vəziyyətdədir. Binada qaz, su və işıq daimidir.
Kompleksdə sakinlərin rahatlığı üçün geniş və yaşıllıqla zəngin həyət, uşaqlar üçün oyun meydançası, su hovuzu, istirahət və söhbətgah yerləri mövcuddur. Bundan əlavə, kompleksdə 2 mərtəbəli yeraltı qaraj, supermarket və uşaq bağçası fəaliyyət göstərir.
Təhlükəsizlik məqsədilə bina 24 saat mühafizə xidməti və müşahidə kameraları ilə təmin olunmuşdur.
Sənəd müqavilədir. Alqı-satqı şirkət tərəfindən notarial qaydada rəsmiləşdirilir və sonradan həmin sənəd əsasında alıcı kupça ala bilir. Bütün prosedurlar qanuni qaydada həyata keçirilir.
Real alıcıya qiymətdə endirim olunacaq.
Ofis haqqı 1%




































































































































